⠀ Əhəmiyyətli fərqlər nədir:
⠀ Rəsmiləşdirmə:
⠀– Bağışlama müqaviləsi hədiyyə verən və hədiyyə alan tərəfindən imzalanır, dövlət rüsumu ödənilir. Notariat qaydasında təsdiq edilir.
⠀ – Vəsiyyət üzrə mirasın rəsmiləşdirilməsi proseduru yalnız vərəsənin ölümündən sonra başlanır.
⠀ Əmlakın mülkiyyətə alındığı an:
⠀ – Hədiyyə alan hədiyyə verənin sağlığında, yəni hüququn qeydiyyatından dərhal sonra əmlaka tam sahiblik etməyə başlayır.
⠀ – Vərəsəlik üzrə mülkiyyətçi mülkiyyətçinin vəfatından ən azı altı ay sonra əmlakın sahibi olur.
⠀Müqaviləni dəyişdirmək/ləğv etmək hüququ:
⠀ – Bağışlamanı ləğv etmək çətindir. Hədiyyə verənin fəaliyyiət qabiliyyətsizliyini və ya hər hansı bir təzyiq altında imzalanmasını yaxud hədiyyə verənin həyatına qəsd etməsi nəticəsində müqavilənin bağlanmasını sübut edərək məhkəmədə mübahisə etmək olar.
⠀ – Vəsiyyətnaməni istənilən vaxt ləğv edilə (dəyişdirilə) bilər.
⠀Mümkün problemlər:
⠀ – Bağışlamada hədiyyə verənin hədiyyə edilmiş əmlaka təsir vasitələri praktik olaraq yoxdur. Qeydiyyatdan dərhal sonra əmlaka sahib olmaq hədiyyə alan üçün bu müsbət haldır.
⠀ – Vəsiyyət edənin iradəsindən asılı olmayaraq, onun əmlakının yarısı qanunla vərəsəlik hüququ olan qohumlara (məcburi pay) keçir.