Aldığımız məhsul tələblərimizə uyğun gəlməyə də bilər. Məsələn, alınmış çəkmələr ölçüyə uyğun gəlməyib ayağlarınızı sıxa bilərlər. Baxmayaraq ki, mağazada hər şey normal görünürdü. Satıcılar demişkən “sıxıntı müvəqqəti narahatçılıqdır, bir müddət sonra düzələr”. 
Və ya əksinə, ayaqqabı ölçüsü uyğun gələr, lakin keyifiyyət baxımından isə yox. Bu zaman siz mağazaya getməyinə və malı qaytarmaqla malın dəyişdirilməsinə və ya pulun qayatrılmasına qərara gəlirsiz.
bu halda məhsulu necə qaytarmaq olar?
Əvvəlcə satıcının “Xeyr!” cavabının vəziyyətini düşünək.
Elə olur ki, satıcı malı dəyişdirməkdən və ya geri götürməkdən imtina edir. Bu halda, alıcı satıcıya pretenziya yazmaq hüququna malikdir. Pretenziya iki nüsxədə tərtib olunur, bir nüsxəsi satıcıda, ikinici nüsxəsi və pretenziyanın satıcıya göndərilməsini təsdiq edən qəbz is alıcıda qalır satıcıda.
Tutaq ki, satıcı normal davrandı və mübahisə etmədən uyğun olmayan malın dəyişdirilməsinə razılıq verdi. Lakin, burda bir problem əmələ gələ bilər: eyni malın satışda olmaması problemi. Bu vəziyyətdə nə etmək lazımdır? Burada isə hər şey çox sadədir. Qaytarılmış məhsula xərclənmiş pulun qaytarılmasını tələb etmək lazımdır. Bunu, “istehlakçı hüquqlarının müdafiəsi haqqında”qanun əsasında hər bir alıcı tələb edə bilər.
Satıcı pul qaytarmaqdan imtina edirsə, onda ilk versiyaya müraciət edirik – ərizə yazırıq. Bundan sonra mağaza qaytarıldığı andan etibarən ağlabatan müddət ərzində ödədiyi məbləği alıcıya qaytarmalıdır.
Yuxarıda göstərilən vəziyyətlərdən görünür ki, alıcı malları eyni əşyaya, bu mümkün olmadıqda başqasına dəyişdirmək və ya xərclənmiş pullarını geri almaq hüququna malikdir.
Çox vaxt, məhkəməyə şikayət edilməsi haqqında edilən xəbərdarlıq satıcıya vəziyyətinin ciddi olduğunu göstərə bilər və alıcı ilə razılığa gətirə bilər. Ancaq bunlar son tədbirlərdir. Əksər hallarda sülh yolu ilə həll etmək olar.
⠀Bununla belə, öz haqqına tam əmin olmaq üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla ətraflı tanış olmaq daha yaxşıdır.