İcarə bazarı sivil münasibətlərə maraqlıdır və tərəflərin əksəriyyəti etiraf edir ki, düzgün tərtib edilmiş müqavilə mübahisə yarandıqda onların maraqlarını qorumağa kömək edəcək. Amma hansı müqavilə bağlamaq qərəklidir — icarə və ya kirayə? Bildirim ki, bu, eyni şey deyil.

İcarəyə verən icarəçiyə əmlakdan istifadə ilə yanaşı gəlir götürmək hüququ da verir.

Kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Yəni, kirayə müqaviləsindən fərqli olaraq icarə müqaviləsinin predmetini bəhər və gəlir verə bilən obyektlər təşkil edir.