Bəzən xanımlar ərinin yüksək dövlət vəzifəli şəxs olduğundan çəkinib nəinki aliment və ya əmlak bölgüsü, hətta nikah pozulmasından belə söhbət aça bilmirlər. Belə vəziyyətdə olan xanımlar üstəgəl işsizdirlərsə, elə düşünürlər ki, nikah pozulsa, ərin dövlət vəzifəsinə və maddi imkanına görə uşağını ondan alacaqlar. Əvvəla, qeyd edək ki, konstitusiyamıza əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir:…